SALYAN.NET| XƏBƏRLƏR |OLIQARXLAR RAYONLARı BöLüşDüRüBLER?
Oliqarxlar rayonları bölüşdürübler?
20-05-2011


Hakimiyyetdeki oliqarx memurların arasında baş qaldıran ziddiyyetlerin esas sebeblerinden biri de Azerbaycan rayonlarını ele keçirmek uğrunda aparılan mübarizede maraqların toqquşmasıdır. Fövqelade hallar naziri Kemaleddin Heyderov, Ilham Eliyevin şexsi mühafize xidmetinin rehberi Beyler Eyyubov, neqliyyat naziri Ziya Memmedov, dövlet neft şirketinin prezidenti Rövneq Abdullayev ve diger iri çekili memurların “fealiyyeti” yalnız biznes sahelerini monopoliyaya almaqla mehdudlaşmır. Onlar hem de rayonları ele keçirerek şexsi mülkiyyete çevirmek uğrunda “mücadile” verirler. Hazırda ölkenin ekser rayonlarına bir neçe oliqarx nezaret edir. Rayonların bu ve ya diger memurun nezaretinde olmasını icra başçılarının hansı oliqarxın yaxın çevresine daxil olması ile müeyyenleşdirmek mümkündür.
Hansısa rayonun icra başçısı meselen, Kemaleddin Heyderova yaxın şexsdirse, bu, o demekdir ki, hemin rayonda fealiyyet “fövqelnazir”in maraqlarına uyğun şekilde teşkil edilmelidir. Kiçik araşdırmamız neticesinde oliqarxların nezaretinde olan rayonların tam olmayan siyahısını elde etmişik. Buyurun tanış olun.

Beyler Eyyubovun nezaretinde olan rayonlar
1. Abşeron - Bu rayonun icra başçısı Zakir Ferecov Beyler Eyyubovun yaxın çevresine daxildir. Icra başçısı olmazdan evvel Sumqayıtın belediyye sedri olub. Kürd kökenli olduğu bildirilir. Beyler Eyyubovun hesabına neçe ildir ki, vezifede qala bilib.
2. Gence - Icra başçısı Elmar Veliyev, herbi prokuror Xanlar Veliyevin qardaşıdır. Veliyevler de hakimiyyetdeki “kürd qruplaşması”nın üzvüdür, yeni, Beyler Eyyubovun patronajlığı altında fealiyyet gösterirler. Elmar Veliyev evveller Yevlaxın icra başçısı olub.
3. Daşkesen - Icra başçısı Ehed Abıyevin Beyler Eyyubova yaxın şexs olduğu heç kime sirr deyil. Ehed Abıyev bundan evvel deputat olub. Deputatlıq karyerasının sonunda Prezident Administrasiyasının(PA) rehberi Ramiz Mehdiyevin ünvanına sert ittihamlar seslendirdiyine göre 2010-cu ilde YAP-ın siyahısından kenarda saxlanılıb. Bir qeder sonra Beyler Eyyubovun iradesile Daşkesene icra başçısı teyin edilib.
4. Göygöl - Uzun müddetdir ki, bu rayonun icra başçısı Arif Seyidovdur. Metbuatda onun fealiyyeti ile bağlı çoxsaylı tenqidi yazıların derc olunmasına baxmayaraq, Ilham Eliyev Beyler Eyyubova göre onu yerinden terpede bilmir.
5. Terter - Bu rayona bir neçe aydır ki, yeni icra başçısı teyin edilib. Bu, Yasamalın icra başçısının müavini olmuş Ceyhun Ceferovdur. Bu şexs Beyler Eyyubova yaxınlığı ile seçilir. Gedebey - Icra başçısı Kamran Rzazade Beyler Eyyubovun nüfuz dairesine daxildir.
6. Berde - Rayonun icra başçısı Vidadi Isayevin Elmar Veliyevle qohumluq elaqelerinin olduğu deyilir. Ele onun vasitesile de Beyler Eyyubovun yaxın çevresine daxil ola bilib.
7. Saatlı - Icra başçısı Siraqeddin Cabbarovun Beyler Eyyubovun teqdimatı ile bu posta teyin olduğu deyilir.
8. Salyan - Rayonun evvelki icra başçısı Elağa Hüseynov deputat mandatı alandan sonra Beyler Eyyubovun adamı sayılan Tahir Ekberovla evezlenib.
9. Laçın - Icra başçısı Ramiz Cebrayılovun Abşeronun icra başçısı Zakir Ferecovla isti münasibetlerinin olduğu bildirilir. Onun vasitesile Beyler Eyyubova “biet” edib.

Kemaleddin Heyderovun nezaretinde olan rayonlar
1. Yardımlı - Icra başçısı Xezer Aslanov. Kemaleddin Heyderovun teqdimatı ile bu posta yiyelenib.
2. Masallı - Icra başçısı Qezenfer Ağayev. Hetta özü de rayonda Kemaleddin Heyderovun adamı olduğunu gizletmir. 3. Sabirabad - Icra başçısı Nazim Ismayılov. Bundan evvel Şamaxının icra başçısı olub. Kemaleddin Heyderova yaxın şexsdir.
4. Lenkeran - Icra başçısı Tofiq Ibrahimov “fövqelnazir”in kadrı kimi tanınır.
5. Qaradağ - Icra başçısı Süleyman Mikayılov. “Çakır Süleyman” kimi tanına bu adam hemkarı Qezenfer Ağayev kimi Kemaleddin Heyderova yaxın şexs olduğunu açıq-aydın deyir.
6. Astara - Icra başçısı Taleh Qaraşov. “Fövqelnazir”in yaxın çevresine daxildir. 7. Qobustan - Icra başçısı Rauf Memmedov
8. Qebele - Icra başçısı Sebuhi Abdullayev. Bu rayonun Kemaleddin Heyderovun şexsi mülkü olduğunu bilmeyen yoxdur.
9. Şamaxı - Icra başçısı Asef Memmedov. Kemaleddin Heyderov bu rayonu da demek olar alıb.
10. Ağsu - Icra başçısı Enver Seyideliyev.
11. Qax - Icra başçısı Musa Şekiliyev.
12. Qazax - Icra başçısı Rauf Hüseynov. Son üç rayonun icra başçıları da Kemaleddin Heyderovun tabeliyindedir.

Neqliyyat naziri Ziya Memmedovun nezaretinde olan rayonlar
1. Quba - Icra başçısı Rauf Hebibov. Ziya Memmedovun teqdimatı ile bu vezifeye teyin edilib. Onun teyinatı barede maraqlı söhbetler gezir. Bildirilir ki, Ziya Memmedov Rauf Hebibovun teqdimatını Qubadakı ziyafetlerin birinde ireli sürüb. Ilham Eliyev de ele oradaca “he” deyib.
2. Kelbecer - Icra başçısı Vidadi Meherremov. Ziya Memmedovun sağ eli Cavid Qurbanova yaxın şexsdir.
3. Göyçay- Icra başçısı Mensur Memmedov. Ziya Memmedovun xalası oğludur.
4. Ucar - Icra başçısı Yaşar Memmedov. Bu rayon Ziya Memmedovun doğma rayonudur. Uzun illerdir ki, neqliyyat nazirinin nezaretindedir.
5. Zerdab - Icra başçısı Lütfeli Babayev.
6. Mingeçevir - Icra başçısı Mübariz Ağayev.
7. Goranboy - Icra başçısı Nizameddin Quliyev.
***
Sumqayıt - Icra başçısı Eldar Ezizovun Paşayevlere yaxın olduğu deyilir. Bu baxımdan Paşayevlerin bu şeherde tesiri daha güclüdür.
Beyleqan - Icra başçısı Irşad Eliyev. Evvelki vezifesi kend teserrüfatı naziri olub. Ramiz Mehdiyeve yaxın şexsdir.
Imişli - Icra başçısı Ebülfez Ağayev. Ramiz Mehdiyevin kadrı kimi tanınır.
Lerik - Icra başçısı Rövşen Bağırov. Rövneq Abdullayeve yaxın şexs olduğu deyilir. Lerikde ARDNŞ prezidentinin bir sıra iri obyektleri var. Bu sırada, xüsusile “Relaks” Istirahet Merkezini qeyd etmek olar.
Hacıqabul - Icra başçısı Ehmed Muxtarov Rövneq Abdullayeve yaxın şexs hesab olunur.
Zaqatala - Icra başçısı Mübariz Ehmedzade. Meliorasiya ve Su Teserrüfatı ASC-nin rehberi Ehmed Ehmedzadenin qardaşıdır. Ehmedzadeler Rövneq Abdullayevle eyni komandadadırlar.
Ağdam - Icra başçısı Nizami Sadıqov. Bundan evvel Şabranın polis reisi olub. Ramil Usubova yaxın şexs olduğu üçün bu rayon daxili işler nazirinin nezaretindedir. Celilabad - Icra başçısı Eziz Ezizov emlak meseleleri üzre dövlet komitesinin sedri Kerem Hesenovun tabeliyinde olduğunu gizletmir. O, hetta Ilham Eliyevin deyil, Kerem Hesenovun gösterişlerini yerine yetirdiyini demekden de çekinmir.
Kürdemir - Fexreddin Melikov. “Azeriqaz”ın sabiq sedri Elixan Melikovun qardaşıdır. Bezi melumatlara göre, rayon Ramiz Mehdiyevin nezaretindedir.
Şirvan - Icra başçısı Merdan Camalov. Müdafie senayesi naziri Yaver Camalovun qardaşıdır. Bu baxımdan Şirvan Camalovların şexsi mülkiyyetine çevrilmekdedir. Şemkir - Nazim Veyisov. Vergiler naziri Fazil Memmedova yaxın şexs hesab olunur. Bilesuvar - Mahir Quliyev. Kend teserrüfatı naziri Ismet Abbasovun yaxın çevresine daxildir.
Cebrayıl - Mahmud Quliyev. “Qaçqınkom” sedri Eli Hesenovun yaxın adamıdır.
Ismayıllı - Icra başçısı Nizami Elekberov. Emek ve ehalinin sosial müdafiesi naziri Füzuli Elekberovun qardaşıdır.
Tovuz - Icra başçısı Tofiq Zeynalov Ramiz Zeynalovun qardaşıdır. Bir daha qeyd edek ki, bu, hele tam siyahı deyil. Hemçinin elave edek ki, ölkedeki biznes saheleri de texminen bu şekilde oliqarxlar arasında bölünüb. Növbeti saylarımızda Azerbaycandakı biznes sahelerine hansı oliqarxların nezaret etdiyini oxucuların diqqetine çatdırmağa çalışacağıq.

“Azadlıq” qezeti




Şərhlər(0)
Müəllif:Yeqini
Bu Xəbər 19250 dəfə oxunub

»Xəbərlər
bodr_top myWAP myWAP
Saytda aktiv198 nefer